Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib
23.05.2017 806 0.0 0

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Fəzli Mehdiyev partiya sıralarından istefa verib.
Bu barədə "Report"a F.Mehdiyev özü məlumat verib.
O, istefasının səbəbini partiya daxilində baş verənlərlə əlaqələndirib:
"Müsavat Partiyası daxilində aparılan siyasətə, saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm".
Qeyd edək ki, F.Mehdiyev Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayında hazırkı Müsavat başqanı Arif Hacılını dəstəkləyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar