MÜSAVATDA İSTEFALAR BAŞLADI
06.02.2015 1112 0.0 0

Müsavat Partiyası başqanının sabiq müşaviri Hüseyn Məlik partiya sıralarından istefa verib.
 
Bu barədə APA-ya Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib. O deyib ki, H. Məlik Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiyadan xaric edilməsinə etiraz olaraq bu addımı atıb.
 
Qeyd edək ki, H. Məlik bu il avqustun 13-də Müsavat Partiyasından istefa verməsi barədə sosial şəbəkələrdə məlumat versə də, daha sonra başqanın müşaviri vəzifəsindən istefa verdiyi, lakin partiyanın sıravi üzvü kimi fəaliyyət göstərdiyini qeyd edib.  
 
Q. İbadoğlunun partiyadan çıxarılmasına etiraz olaraq Müsavat Partiyası Fizuli rayon təşkilatının sədr müavini Zakir Səfixanoğlu partiyadakı vəzifəsindən, hüquqşünas, Kimya üzrə fəlsəfə doktoru Səftər Nehmətli isə partiyadan istefa veriblər.
 
Xatırladaq ki, Q. İbadoğlu bu gün Müsavat Divanının qərarına əsasən partiyadan xaric edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar