Müsavat və AXCP yenidən bir-birini ittihama başladı
19.01.2016 668 0
Müsavat Partiyası başqanının müavini Osman Kazımov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini müxalifətin birliyinə mane olmaqda ittiham edib.
APA-nın məlumatına görə, bu barədə O. Kazımov özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, müxalifət liderlərinin Azərbaycanda yaranan vəziyyəti birgə müzakirə etməsi barədə xoş məramla, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə təklif versə də, Ə. Kərimli bu təklifə qarşı çıxıb: “Təəssüf ki, bir daha məlum oldu ki, Əli Kərimlini ümumi maraqlar deyil AXCP və Milli Şuranın maraqları düşündürür”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər