Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçiriləcək
04.05.2015 968 0
Vurğun Əyyubun və digərlərinin Müsavat Partiyasından çıxarılmasına etiraz olaraq partiyanın qərargahı önündə etiraz aksiyası keçiriləcək.
Bu barədə açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli məlumat verib.
O qeyd edib ki, üzvlər tərəfindən partiyada baş verən son hadisələrə etiraz olaraq aksiya keçirilməsi təklif olunub: “Biz bu təklifləri dəyərləndirib, akasiyanın vaxtını müəyyənləşdirəcəyik. Güman ki, aksiya mayın 6-da keçiriləcək. Həm də biz bilmək istəyirik ki, hakimiyyətdən aksiya üçün yer tələb edən, narazılıq edən bir partiya öz qərargahı qarşısında etiraz aksiyasına necə yanaşacaq? Görəsən, indi Müsavatda demokratiya qalıbmı? Bunu aksiya zamanı görəcəyik”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər