Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq
22.09.2017 742 0.0 0

Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinin təşkilatçıları Müsavat Partiyasına müraciət etməyib.

Bu barədə Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, buna görə də Müsavat Partiyasının Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur.

G.Aslanlı qeyd edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi Müsavat Partiyasının gündəliyindədir: “Bununla bağlı müzakirələr davam etdirilir”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar