Böyük Britaniyanın paytaxtı Londonda yaşayan müsəlmanlar Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının dərc edilməsinə qarşı etiraz aksiyası keçiriblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Dauninq Strit 10-da, Baş nazirin iqamətgahı yaxınlığında keçirilən aksiyada minlərlə müsəlman iştirak edib.
Məlumata görə, qadınlar və kişilərdən ibarət olmaqla iki qrupa ayrılan etirazçılar Məhəmməd Peyğəmbərin (s.ə.s) təhqir olunmasının yolverilməz olduğunu bəyan ediblər. Nəticədə aksiya mitinqə çevrilib və Britaniya müsəlmanlarının liderlərindən bir neçəsi etirazçılar qarşısında çıxış edib. Aksiya Böyük Britaniya Baş nazirinin iqamətgahına petisiyanın təqdim edilməsi ilə başa çatıb.
Həmin petisiyanı 100 mindən çox adamın imzaladığı bildirilir. Bu sənəd Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalı kimi nəşrlərin Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını dərc etməsini pisləyir və bundan sonra bu cür hallara yol verilməməsinə çağırır.//AnsPress