“Səhhətimdə problem yaranmışdı, ilkin müayinə zamanı qərar verildi ki, təcili əməliyyat olunmalıdır”.
Bunu şoumen, “Maşın şou”nun aparıcısı Murad Dadaşov deyib. Onun sözlərinə görə, hazırda səhhəti ilə bağlı hər şey qaydasındadır: “Məsələ burasındadır ki, iyunun 11-dən 12-ə keçən gecə halım pisləşdi. Sol ayağımda bir müddət idi ki, ağrılar var idi. Fikir vermirdim. Elə bilirdim, ayaqqabı narahatdır. Amma gördüm ki, ayaqqabı məsələsi deyil. Sonuncu dəfə ayın 11-i efirə çıxdım. Həmin gün corabımı belə geyinə bilmədim. Ayağım çox şişmişdi. Səhəri gün həkimlə əlaqə saxladıq. Elə bildik, travmatoloji, sümüklə bağlı problemdir. Sən demə, infeksiya varmış, iltihab olub. Dəhşətli ağrılarım var idi. Şükür Allaha, bir az özümə gəlmişəm. Ümid edirəm ki, gücüm çatacaq və layihəni özüm bitirəcəyəm. Fürsətdən istifadə edib köməyimə gələn həmkarlarıma, dostlarıma təşəkkür edirəm. Bilmirdim ki, insanlara bu qədər maraqlıyam. Allah hamıya can sağlığı versin"./apa/