Müqtəda əs-Sədr Əsədi istefa verməyə çağırıb
09.04.2017 889 0.0 0

İraq şiələrinin nüfuzlu dini liderlərindən olan Müqtəda əs-Sədr xüsusi bəyanatla çıxış edərək Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağırıb.
 
“RİA Novosti” agentliyinə istinadən verilən məlumata görə, M. əs-Sədr hesab edir ki, B. Əsəd Suriyaya sevgisinə görə hakimiyyətdən imtina edərək istefa verməlidir.
 
Şiə lider B. Əsədi hakimiyyəti nüfuzlu bir xalq təmsilçisinə verməyi məsləhət görüb. M. əs-Sədr Suriya aviabazasına raket zərbəsi endirilməsi barədə əmr verən ABŞ prezidenti Donald Trampı da tənqid edib, Suriyanın ABŞ üçün “ikinci Vyetnam”a çevrilə biləcəyini bəyan edib. ABŞ-ı ikili standartlar həyata keçirməkdə ittiham edən M. əs-Sədr ABŞ-ın Mosulda dinc sakinləri bombaladığını xatırladıb.
 
Qeyd edək ki, M. əs-Sədrin ABŞ-ın Suriya hərbi aviabazasına raket zərbəsi endirməsindən sonra belə bir bəyanatla çıxış etməsi diqqət çəkir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar