Münhen Təhlükəsizlik Konfransı başlayıb
17.02.2017 640 0.0 0

Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayıb.
 
Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Prezidentin sabah Bakı vaxtı ilə saat 20:00-22:00 arası keçiriləcək “Avrasiyada ciddi fikir ayrılıqları” mövzusunda panel müzakirələrində çıxışı nəzərdə tutulub. Konfrans fevralın 19-na qədər davam edəcək.
 
Qeyd edək ki, konfransa dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılıb. Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar