Mülki vətəndaş avtomatla adam vurdu
30.07.2015 622 0
İyulun 28-də A.Həzrəyevə avtomat silahdan açdığı atəşlə vuraraq ona xəsarət yetirmiş Zaqatala rayon sakini S.Kərimov həbs olunub.
Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirmiş rayon sakini əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulmuşdur.
Məlumata görə, ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülmüşdür.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər