Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı məlumat yaydı
04.09.2015 672 0
Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub
Bu haqda bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Qazeta.info bildirir ki, məlumatda qeyd edilir ki, bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyi bildirilir ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər