Müdafiə naziri Yaponiyalı diplomatla erməni işğalından danışıb
03.03.2015 727 0.0 0

Qazeta.info bildirir ki, Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşini qəbul edib.
Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar