Müdafiə naziri: Rusiya Türkiyəyə verdiyi sözü tutmadı
04.05.2019 760 0
Rusiya Türkiyəyə verdiyi sözü tutmadı.
Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Ankara və Moskva razılıq əldə etmişdi ki, Rusiyanın vasitəçiliyi ilə YPG silahlıları Suriyanın Tel-Rifat rayonunu tərk edəcək:
“Təəssüf ki, YPG silahlıları rayonda qalmaqdadır və müntəzəm olaraq Türkiyə ordusunun azad etdiyi əraziləri atəşə tutur”.
Nazir qeyd edib ki, ümumilikdə Türkiyə və Rusiyanın Suriyada birgə fəaliyyəti regionda sülh və sabitliyin təminatına yönəlib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər