Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki,
Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır.
Bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir.
Xatırladaq ki, mütəmadi olaraq mətbuatda,Azərbaycan Silahlı Qüvvələrinə məxsus texnikanın rayonların birindən cəbhə xəttinə cəmləşdirilməsi haqda məlumat və həqiqətə uyğun olub olmaması bilinməyən fotolar yayılır.
Onu da bildirək ki,əvvəllər bu tipli xəbər və foto(video) kadırların yayılmasının milli maraqlara zidd olması haqda Kütləvi İnformasiya Vasitələrinə məlumat da verilib.