MÜDAFİƏ NAZİRİ AĞIR ARTİLERİYA TƏLİMLƏRİNDƏ
14.08.2014 1571 0.0 0

Avqustun 14-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının "Buk-MB" zenit-raket komplekslərindən iştifadə olunmaqla təlimləri davam edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədi şəxsi heyət tərəfindən döyüş tapşırığının düzgün yerinə yetirilməsinin müəyyən edilməsi, hərəkətdə olan qoşun qruplaşmalarının, mühüm hərbi və mülki obyektlərin hava zərbələrindən mühafizəsinin təşkil olunmasıdır.
Təlimlər zamanı ehtimal olunan düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində pilotsuz və pilotlu hava hücumu vasitələrini, digər hava hədəflərini, o cümlədən, ballistik və qanadlı raketləri aşkarlamaq, tanımaq, avtomatik izləməyə götürmək və atəşlə məhv etmək kimi praktiki məşqlər həyata keçirilib.
Müdafiə naziri tərəfindən qoyulan tapşırıqlar hava hücumundan müdafiə qoşunları tərəfindən uğurla yerinə yetirilib və döyüş atışlarının nəticəsi yüksək qiymətləndirilib. 
Təlimlər davam edir.


Teqlər:MÜDAFİƏ NAZİRİ AĞIR ARTİLERİYA TƏLİ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar