Mübariz Mənsimovdan SENSASİON QƏRAR - 18 ŞİRKƏT BAĞLANIR
04.07.2016 867 0.0 0

“Palmali” Şirkətlər Qrupu dənizçilik sektorundan başqa, digər bütün sektorlardakı fəaliyyətini dayandırır.

Qazeta.info Lent.az-ın məlumatına əsasən bildirir ki, bu barədə şirkətin prezidenti Mübariz Mənsimov ANS-ə müsahibəsində bildirib. M.Mənsimov bunun səbəbi kimi qlobal iqtisadi böhranın yaratdığı maddi çətinlikləri göstərib. “Digər sektorlardan çıxmaqda məqsədimiz əsas işimizə (neft daşımaçılığına) nəğd valyuta cəlb edə bilməkdi” – deyə, biznesmen “Palmali”nin kiçilməsinin səbəbini açıqlayıb.

 

Şirkət prezidenti “Palmali”nin iflas etdiyi barədə iddiaları da cavablayıb. O bildirib ki, belə bir hal mövcud deyil: “Palmali”nin bu gün 18-dən çox sektorda fəaliyyəti var. Sadəcə indi işlərimizi əsasən dənizçiliyə yönəldəcəyik”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar