Mübarək yenidən məhkəməyə gətiriləcək
04.06.2015 708 0.0 0

Misirin keçmiş prezidenti Hüsni Mübarək bu il noyabrın 5-də yenidən mühakimə olunacaq.

Məlumata görə, buna səbəb 2011-ci ildə keçirilən etiraz aksiyaları dağıdılarkən 800-dək nümayişçinin qətlidir. Qərar iyunun 4-də Apelyasiya Məhkəməsində çıxarılıb.

Prokurorluq H.Mübarəkə qarşı ittihamların ləğv edilməsi ilə bağlı 2014-cü ildə çıxarılan məhkəmə qərarından apelyasiya şikayəti verib. Yeni məhkəmə prosesi 87 yaşlı keçmiş prezidentin 3-cü məhkəmə qarşısına çıxışı olacaq. H.Mübarək bundan əvvəl onun istefası ilə nəticələnən həmin hadisələrə görə ömürlük həbs cəzası almışdı. 

Məhkəmə bu il hazırda Qahirədəki hərbi qospitalda müalicə alan keçmiş prezidenti və 2 oğlunu korrupsiya ittihamı ilə 3 il azadlıqdan məhrum edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar