«Müasir dövrün erkən nikah problemi» adlı layihənin icrasına başlanıb
14.07.2016 495 0.0 0

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  dəstəyi  və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə  Bərdə şəhərində  Müasir dövrün erkən nikah problemi” layihəsinin icrasına start verildi.

Layihənin məqsədi – Bərdə şəhərində ailə institutlarının qorunması və gücləndirilməsi məqsədilə əhalinin maarifləndirilməsi, ictimai müzakirələrin keçirilməsi, problemlərin həlli  yollarını göstərən seminarların təşkil olunması, əhalinin bu istiqamətdə hüquqi biliklərinin və vərdişlərinin artırılması üçün tədbirlərin həyata keçirilməsidir.

Layihə çərçivəsində əhalinin maarifləndirilməsi məqsədi ilə təlimçilər   iştirakçıların problem kimi qoyulmuş mövzu haqqında  6 günlük  seminar təşkil olunacaq. Layihənin hazırlıq mərhələsində Bərdə şəhərində  həyata keçiriləcək işlər üçün lazımı çap materiallarının nəşri, görüşlərin yeri və vaxtı, orada iştirak edəcək iştirakçıların (o cümlədən (layihəyə cəlb ediləcək gənclərin siyahısının tərtib olunması) və qonaqların müəyyən edilməsi, eləcə də, layihə haqqında geniş ictimaiyyəti məlumatlandırmaq üçün hazırlanmış press-relizlərin KİV-lərə, müvafiq dövlət, beynəlxalq təşkilatlara və QHT-lərə yayılması işləri yerinə yetiriləcəkdir.

Qeyd edək ki, layihə 3 ay müddətini əhatə edir. Layihə iyulun 1-dən avqustun 30-a qədər davam edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar