MTRŞ «Space»in efirində baş verənləri araşdıracaq-VİDEO
30.06.2015 815 0.0 0

““Space” televiziyasında yayımlanan “Günaydın” verilişində “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsi, proqrama verilən tələblər pozulub”. Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

 

T. Məmmədov bildirib ki, “Space”dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı var: “Düzdür söyüşlər efirə getməyib, qapadılıb. Söyüşlər açıq efirə getsə, bu artıq digər bir qanunvericilik normasının, yetkinlik yaşına çatmayanlarla bağlı qəbul edilmiş qaydaların pozulması demək olacaqdı. “Space”dəki verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması müddəası var. Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir”.

 

Aparat rəhbəri qeyd edib ki, məsələ MTRŞ tərəfindən araşdırılacaq.

 

Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib./apa/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar