MTRŞ qanunsuz kabel yayımına qarşı mübarizəni sərtləşdirəcək
10.05.2017 823 0.0 0

"Kabel televiziyası sahəsində qeyri-qanuni yayımla məşğul olanlar var. Onlara yayımçı da demək olmaz, sahibkarlar öz binalarının içərisində qeyri-qanuni kabel şəbəkəsi yaradıblar".

 

Məlumata görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli deyib ki, belə hallar kütləvi xarakter alıb: “Ona görə də tək Milli Televiziya və Radio Şurası yox, digər qurumlarla birlikdə bu problemli həll etmək lazımdır. “Kabel televiziyası haqqında” qanun qəbul olunandan sonra bu sahədə tədbirlər də sərtləşəcək. Qanun layihəsi mayın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq. Söhbət ilk növbədə cərimələrin tətbiqindən gedir. Qeyri-qanuni sahibkarlıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində tədbirlər görüləcək”.

 

N. Məhərrəmli medianın kütləvi sənət kimi kütləvi xarakter almasının çoxlu problem yaratdığını da qeyd edib: “Xüsusən də internet texnologiyaları ilə bağlı bunu qeyd etmək lazımdır. Media sahəsində kütləvilik olduğu üçün həmişə problemlər olacaq”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar