MTRŞ-nın ANS-ə qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb
03.06.2016 648 0
Bu gün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb.
MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin verdiyi məlumata görə, hazırlıq iclasında tərəflər dinlənilib. Məhkəmənin baxış iclası iyunun 24-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. İddiada televiziyaya "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin və 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılması istənilib. Bildirilib ki, televiziya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial çəkib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər