MTN polkovnikindən sonra həbsxanada daha bir intihar hadisəsi
23.12.2015 933 0
Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilən Manaf Paşayev saxlanıldığı təcridxanada özünü asıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl təcridxanada saxlanılan keçmiş Milli Təhlükəsilik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev də özünü asaraq intihar edib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər