MTN polkovniki intihar etdi?
08.04.2015 727 0.0 0

Bakıda Milli Təhlükəsizlik Nazirliyinin zabitinin ölümü ilə əlaqədar cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, aprelin 8-də səhər saat 10 radələrində Bakının Nərimanov rayon sakini Azər Əliyev yaşadığı Həsənoğlu küçəsi, 6 ünvanında çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

Araşdırmalar nəticəsində ölən şəxsin kimliyi müəyyən edilib. O, MTN-in zabiti, polkovnik-leytenant Azər Əliyevdir.

Faktla bağlı araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar