MTN-nin sabiq şöbə rəisinin məhkəməsi davam edib
12.01.2017 709 0.0 0

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

 

Məlumata görə, iclasda zərərçəkmiş şəxslər Vüsal Ələkbərova qarşı mülki iddia qaldırıblar.

 

Hakim mülki iddianın icraata götürüldüyünü və məhkəmə istintaqı zamanı araşdırılacağını deyib. İclasda işin baxışa verilməsi barədə qərar qəbul edilib.

 

Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib.

 

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar