MTN-də saxlanılan şəxslərə bəzi imkanlar yaradılıb
10.12.2015 505 0.0 0

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında saxlanılan şəxslərin ailə üzvləri ilə əlaqə saxlamaları üçün taksofonlar quraşdırılıb.

 

Bu barədə  vəkil Cavad Cavadlı məlumat verib.

 

O bildirib ki, təcridxanada "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun”un tətbiqinə  başlanılıb: “Həmin qanun 2012-ci ildə qanuni qüvvəyə minib. Lakin indiyə kimi saxlanılan şəxslərin ailə üzvləri ilə görüşlərinə və telefon əlaqəsi yaratmalarına şərait yaradılmırdı. Son bir neçə gündə artıq bu məsələlər həllini tapıb. Orada saxlanılan şəxslərə ailə üzvləri ilə əlaqə saxlamağa və görüşə icazə verilir. Mənim əvvəllər həmin qanunun tətbiq olunmaması ilə bağlı məhkəmələrə şikayətlərim də olub. Çox yaxşı haldır ki, bu məsələ həllini tapıb”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar