MT nazirinin müavininə yeni vəzifə
04.11.2015 701 0.0 0

Oktyabr ayında Milli Təhlükəsizlik Nazirliyinə təyinat alan Mədət Quliyeva daha bir vəzifə verildi. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib. 

Daha öncə bu vəzifəni keçmiş milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov icra edib.

Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.

E.Mahmudov işdən azad ediləndən sonra silsilə həbslər başlayıb. Adıçəkilən nazirliyin əməkdaşları cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham edilərək həbs edilib və ya işdən azad ediliblər. 

Həbs edilənlər arasında keçmiş nazirin qohumlarının da olduğu iddia edilir. 

Sabiq nazir xarici kəşfiyyatla əlaqədə ittiham edilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar