MSK bir neçə partiyanın nümayəndələrini qeydə alıb
08.09.2015 708 0.0 0

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Sentyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 2 sentyabr və 4 sentyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.

Qazeta.info MSK-ya istinadla bildirir ki, sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "AZADLIQ-2015” siyasi partiyalar blokunun, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Müsavat Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən blok və partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar