Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək
27.03.2017 715 0
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 29-da Rusiyaya səfər edəcək.
“Report” bu barədə “Haberlər”ə istinadən xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, M.Çavuşoğlu səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Səfər zamanı Suriyadakı vəziyyət, bu ölkənin Afrin bölgəsində Rusiyanın hərbi baza qurması və terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin Rusiya ilə əməkdaşlığına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər