Mövlüd Çavuşoğlu ölüm təhlükəsi ilə üzləşdi-FOTO
30.08.2015 597 0.0 0

Türkiyənin sabiq xarici işlər naziri Mövlüd Çavuşoğlunun xidməti avtomobili özü də maşında ikən yanmağa başlayıb. Məlumata görə, hadisə Antalyada, Mövlüd Çavuşoğlu Finike bələdiyyə sədrinin oğlunun toy mərasiminə gedərkən baş verib. Hərəkət vaxtı avtomobilin mühərrik hissəsində yanğının başlaması ilə Mövlüd Çavuşoğlu maşından düşüb və onu müşayiət edən cangüdənlərin avtomobili ilə yoluna davam edib. 

Sabiq nazirin maşınında başlayan yanğın isə cangüdənlər tərəfindən yanğınsöndürmə balonu ilə söndürülüb. Daha sonra faktla bağlı açıqlama verən sabiq nazir önəmli bir şey olmadığını, maşının mühərrik hissəsinə düşən neylonun istinin təsiri ilə yanmağa başladığını deyib. 

 

Xatırladaq ki, Türkiyədə seçkiyə qədər müvəqqəti hökumətin qurulması ilə Xarici İşlər Nazirliyi postuna Feridun Siniroğlu təyin olunub. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar