Mövlud Çavuşoğlu: Krımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq
19.05.2015 615 0.0 0

 

 

“Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Krım Tatarlarının sürgününün 71-ci il dönümü çərçivəsində Kiyevdə təşkil edilən anım mərasimində bəyan edib.

 

Krım Tatarlarının 1989-ci ildən etibarən ana vətənlərinə dönməyə başladığını qeyd edən D.Çavuşoğlu, onların bu müddətdə göstərdikləri cəsarət və qətiyyətini bütün dünya xalqlarına nümunə olduğunu bildirib.

 

Ukraynanın ərazi bütövlüyünün pozulduğunu, Krımın qeyri-qanuni  şəkildə ilhaq edildiyini vurğulayan Çavuşoğlu deyib: "Krım Tatarları yeni çətinliklərlə qarşı-qarşıya qalıb. Krım Tatarlarının məqsədi insan qüruruna yaraşan bir şəkildə yaşamaq və millət kimi var olmaqdır. Kırımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq. Krım tatarı soydaşlarımıza dəstəyimizi davam etdirəcəyik. Ukrayna ilə birlikdə haqlı mübarizədə yanlarında olmağa davam edəcəyik”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar