Mövlud Çavuşoğlu: Dondurulmuş münaqişələri aradan qaldırmaq lazımdır
08.12.2016 729 0.0 0

"Terror təhlükəsindən əlavə, Dağlıq Qarabağda, Moldovada və Gürcüstanda dondurulmuş münaqişələri aradan qaldırmaq lazımdır".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Onun sözlərinə görə, bu münaqişələr uzun müddətdir davam edir və təşkilata inamı azaldır və əməkdaşlığa xələl gətirir.

Türkiyəli nazir həmçinin Ukraynanın ərazi bütövlüyünün bərpası üçün çağırış edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar