Motsartın nadir portreti hərraca çıxarılıb
31.10.2019 673 0
Klassik bəstəkar Motsartın 13 yaşında çəkilən portreti noyabrın 27-də Parisdəki "Christie's" hərracında satışa çıxarılacaq.
"Report" xəbər verir ki, bu barədə "France info" bildirib.
Əl işinin qiymət qiyməti 800 min - 1 milyon 200 min avroya qədər dəyişir. Şəklin müəllifi rəssam Jambettino Çinyarolidir.
"Adətən alıcıları rəssamın adı cəlb edir, amma indiki halda şəklin süjeti, yəni Motsartın özü..", - deyə "Christie's"in Paris filialının Qədim Rəsmlər Bölməsinin direktoru Astrid Sentner bildirib.
Motsartın uşaq yaşlarındakı çəkilmiş portretləri çox azdır. Ehtimal edilir ki, bu, gənc bəstəkarın şəxsi kolleksiyasındakı son təsviridir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər