Moskvaya nüvə zərbəsi planı
24.12.2015 642 0.0 0

Amerikada dərc olunan “The New York Times” qəzeti içərisində Moskva və Sankt-Peterburq da olmaqla keçmiş SSRİ-yə, Şərqi Avropaya və Çinə kütləvi nüvə zərbələri planını açıqlayıb. 

Məlumatıa görə, üzərində “tam məxfi” işarəsi qoyulmuş 800 səhifəlik sənəddə 1959-cu ildə SSRİ ilə gözlənilən nüvə müharibəsi çərçivəsində ABŞ-ın əsas düşməninin - sosialist blokunun potensial hədəfləri təsvir edilib. Sənəd ABŞ-ın milli arxivlər və sənədləşmə idarəsində saxlanılıb. 

 


ABŞ-da atom bombasının sınağı - aprel, 1954


“Sistematik məhv” siyahısı üzrə Moskvada 179, Leninqradda (Sankt-Peterburqda) 145, Şərqi Almaniyada 91 nöqtəyə atom bombası atılması nəzərdə tutulurdu. Siyahıya həm sənaye obyektləri, həm hökumət binaları, həm də sadəcə insanların yaşaydığı və üzərinə «əhali» yazılmış hədəflər daxil idi.

Sənəd 1956-cı ildə ABŞ aviasiya komandanlığı tərəfindən hazırlanıb. Həmçinin, tövsiyyə edilib ki, zərbələr yalnız müharibənin başlamasından 3 sonra vurula bilər. 

“The New York Times” qeyd edir ki, hədəflər müfəssəl təsvir olunmasa da, onlar müvafiq yerə uyğun gələn kod nömrələri ilə göstərilir. Onların dəqiq ünvanı və həmin vaxtdakı adı xüsusi "Bomba ensklopediyası"nda təsvir edilib. Həmin sənəd hələ açılmayıb. 

Nəşr qeyd edir ki, 1956-cı ildə ABŞ-ın nüvə arsenalı Sovet İttifaqınınkından 10 dəfə yüksək olub. 

 

Atom bombasına hədəf seçilmiş Leninqrad (Sankt Peterburq) 

 

“Dəhşətlidir ki, insanların gür yaşadığı ərazilər məhz hədəf kimi seçilibmiş”,- deyə Corc Vaşinqton Universitetinin əməkdaşı, «National Security Archive» (NSA) təşkilatının aparıcı analitiki Uilyam Bur bildirib. Onun sözlərinə görə, bu, hərbi-hava qüvvələri tərəfindən açıqlanan ilk anoloji sənəddir. 

İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür.

 

Xirosima şəhəri atom zərbəsindən sonra - 1945-ci ilin avqust ayı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar