Moskvadan növbəti GÜC NÜMAYİŞİ - VİDEO
31.05.2017 1027 0.0 0

Rusiyanın Aralıq dənizində yerləşən hərbi donanması Suriyada İŞİD mövqelərinə raket zərbələri endirib.
 
“Lenta.ru”ya istinadən verilən məlumata görə, “Admiral Essen” freqatı və “Krasnodar” sualtı qayığı terrorçuların Palmira yaxınlığındakı mövqelərinə 4 raket buraxıb. Rakkadan gətirilən hərbi texnika və canlı qüvvənin vurulduğu bildirilir. Raket zərbələrinin endiriləcəyi ilə bağlı ABŞ, Türkiyə və İsrail komandanlıqlarına əvvəlcədən xəbərdarlıq edilib. Rusiya müdafiə naziri Sergey Şoyqu hadisə barədə prezident Vladimir Putinə məruzə edib.
 
Xatırladaq ki, prezident Putin Suriyadakı addımlarının məqsədinin terrorçuların Rusiya ərazisinə qayıtmasına imkan verməmək olduğunu bildirib./APA/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar