Moskvada matəm elan olunub
20.06.2016 2054 0.0 0

 Kareliya respublikasının Pryajinsk rayonunda baş verən faciə ilə əlaqədar iyunun 20-si Rusiyanın paytaxtında matəm elan olunub.
 
TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanın özünün “Tvitter” səhifəsində yazıb.
 
İyunun 18-də  “Park-hotel Syamozero” sağlamlıq düşərgəsində dincələn uşaqlar təlimçilərlə birgə qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. İçərisində 47 uşaq və 4 təlimçinin olduğu üç qayıq aşaraq batıb. Nəticədə 15 uşaq ölüb, daha 10-u xəstəxanaya yerləşdirilib.
 
Hadisə ilə əlaqədar cinayət işi açılıb, saxlanılanlar var. Qeyd edək ki, iyunun 20-si Kareliya respublikasında da matəm günü elan edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar