Moskvada insanları girov götürən erməniyə hökm oxunub
07.09.2017 750 0
Moskva Dairə Hərbi Məhkəməsi erməni iş adamı Aram Petrosyanı 2016-cı ilin yayında Moskvanın mərkəzində bankda insanları girov götürdüyünə görə 12 il müddətinə azadlıqdan məhrum edib.
"İnterfaks"a istinadən xəbər verilir ki, işi aparan hakim A.Petrosyanın cəzasını ağır rejimli həbsxanada çəkməsinə dair qərar çıxarıb.
Zərərçəkənlərdən birinin 50 min rubl məbləğində mülki iddiası da tam ölçüdə məhkəmə tərəfindən qəbul olunub.
Qeyd edək ki, A.Petrosyan ötən ilin avqustunda Moskvanın mərkəzində bank şöbəsində 4 nəfəri girov götürərək bankı partladacağı ilə hədə-qorxu gəlib. O, sonra girovları bir-bir azad edib və hüquq-mühafizə orqanlarına təslim olub. Onun bomba kimi qələmə verdiyi əşya isə mulyaj olub. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər