Moskvada azərbaycanlı bacısının gözü qarşısında intihar edib
05.06.2017 843 0
Göygöl rayon sakini Rusiya Federasiyasının Moskva şəhərində hündürmərtəbəli binadan özünü ataraq intihar edib.
Məlumata görə, 38 yaşlı Afdandil Vidadi oğlu Məmmədov Moskva şəhərində kirayə yaşadığı hündürmərtəbəli binadan özünü ataraq intihar edib.
Məlumata görə, Rusiya Federasiyasına işləməyə gedən A.Məmmədovun ailə problemləri olub. A.Məmmədov intihar edən zaman onun bacısı da yanında olub. O, pəncərəyə çıxıb özünü atmaq istədiyi an bacısı onu saxlamağa çalışsa da buna nail ola bilməyib.
Hadisə yerində keçinən A.Məmmədovun meyiti tibbi ekspertizadan sonra yaxınlarına verilib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər