Moskva metrosunda atışma
19.04.2016 588 0.0 0


Moskva metropolitenində sərnişinlərdən biri təhlükəsizlik xidməti əməkdaşlarına atəş açıb. “Ria Novosti”yə istinadən verilən məlumata görə, insident “Baqrationovskaya” stansiyasında qeydə alınıb. Sərxoş halda olan sərnişin söyüş söyərək biletlərin satıldığı avtomatı təpikləməyə başlayıb. Təhlükəsizlik xidmətinin ona xəbərdarlıq etməsindən sonra sərnişin turniketdən biletsiz keçməyə cəhd edib. Metropoliten əməkdaşları onun yolunu kəsdikdə sərnişin qaz tapançası çıxararaq onların üzlərinə iki dəfə atəş açıb.


Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər və sərnişini saxlayıblar. Zərərçəkmişlər kimyəvi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Saxlanılan 32 yaşlı Moskva sakini 7 ilədək azadlıqdan məhrum edilə bilər./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar