Monteneqro prezidenti: `İnteqrasiya ümumi rifahın inkişafına töhfə verir`
16.03.2017 740 0.0 0

“İnsanlar müasir dövrdə bütün xidmətlərdən yararlana bilir və daha yaxşı yaşayır. Bu isə elmi-texniki inkişaf nəticəsində baş verir”.
 
Məlumata görə, bu sözləri Monteneqro prezidenti Filip Vuyanoviç V Qlobal Bakı Forumu çərçivəsində “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
 
F. Vuyanoviç bildirib ki, dünya hazırda bəzi problemlərlə üzləşib: “İnsanlıq terrorizmlə üzləşib, günahsız insanların həyatına son qoyulur. Aclıq və digər problemlər səbəbindən demokratiyaya son qoyulur. Bu problemlərin qarşısını necə ala bilərik? Beynəlxalq səviyyədə güclərin birləşdirilməsi gələcəyin əsas elementi olmalıdır. Belə olanda beynəlxalq münasibətlər daha yaxşı inkişaf edəcək. İnteqrasiya ümumi rifahın inkişafına töhfə verir. Monteneqro da bu siyasəti əsas tutur və ümid edir ki, regiona yaxşı nümunə olacaq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar