Moldova prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
14.06.2017 718 0
Moldova prezidenti İqor Dodon iyunun 21-23-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Məlumata görə, səfər zamanı İ. Dodonu Qaqauz Yeri başqanı İrina Vlax ve digər rəsmi şəxslər müşayiət edəcək.
Bakıda İ. Dodonun yüksək səviyyədə görüşləri nəzərdə tutulur.
O, prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə ilə görəcək, bir sıra digər görüşlər keçirəcək.
Qeyd edək ki, bu, İ. Dodonun Moldova prezidenti postunda Rusiyadan sonra xaricə ikinci rəsmi səfəridir./APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər