Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.
Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşılayıb.
Daha sonra Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçdikdən sonra Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim oluub.
.Sonra Azərbaycan və Moldova prezidentləri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi bitdikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti İqor Dodonun geniş tərkibdə görüşüb.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Moldova Respublikasının Prezidenti İqor Dodon mətbuata bəyanatlarla çıxış ediblər.