Möcüzəvi bitkini tanıyın - Axtarış rekordu qıran xəbəri oxuyun!
14.11.2016 1588 0.0 0

Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır.

Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub. O vaxtdan indiyə qədər qiymətli daşların və metalların ölçülməsində istifadə edilən çəki vahidi karat – 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Ərəblər çəki vahidi dirhəmi (3 qram) ölçmək üçün 16 ədəd keçibuynuzu toxumundan istifadə edilirdi.

Keçibuynuzu ağacının qərtanının əsrlər boyu torpağın dərin qatlarında qalmasından zərgərlikdə və tibdə istifadə edilən kəhraba əmələ gəlir.

Keçibuynuzu orqanizmdə ağciyər xərçənginin qarşısını alan ən önəmli faktorlardan olan OGG1 (8-Oxo Guanine DNA Glycosylase) fermentinin aktivliyini və sintezini artıraraq həmin xəstəliyə tutulma riskini azaldır. Həmin fermentin ağciyər xərçəngindən qorumaqla yanaşı həm də DNT-də baş verən zədələnmələri bərpa etmək xüsusiyyəti var. Siqaretçəkmə bu fermentin aktivliyinin azalmasında əsas səbəblərdəndir.

Keçibuynuzu meyvələri bağırsaqlarda patogen mikroorqanizmlərin miqdarını azaldaraq normal bağırsaq florasına daxil olan laktobakteriyaların koloniyalarının inkişafına şərait yaradır, orqanizmdən ağır metal duzlarının və radioaktiv maddələrin xaric olmasını asanlaşdırır, pektin maddələr hüceyrə membranının – xüsusilə bağırsağın selikli qişa hüceyrələrinin yenidən qurulmasını təmin edir.

Bundan başqa güclü antioksidant təsir göstərir, sərbəst radikalların orqanizmdən xaric olunmasını sürətləndirir, iltihab mediatorları olan sitokinlərin və histaminin sintezini ləngidərək iltihab əleyhinə və antiallergik təsir göstərir. Bu səbəbdən ondan astma və bronxit zamanı tənəffüs yollarını genişləndirmək üçün istifadə olunur.

Keçibuynuzu qanda zərərli olan aşağı sıxlıqlı xolesterinin miqdarını azaldır, yüksək molekullu xolesterinin səviyyəsini isə artırır. Maraqlıdır ki, tam yetişmiş meyvələri qəbizliyin qarşısını aldığı və bağırsaqlar vasitəsilə toksinlərin xaric olmasını asanlaşdığı halda, keçibuynuzunun kal meyvələri büzücü təsirli tanin maddəsi hesabına ishalın qarşısını alır. Toxumların üyüdülməsindən əldə edilən unun tərkibində qlüten olmadığından seliakiya xəstəliyindən əziyyət çəkənlər ondan rahatlıqla istifadə edə bilərlər.

Keçibuynuzu kişi cinsi hüceyrəsinin hərəkətliyini və fermentativ aktivliyini yüksəldərək yumurta hüceyrə membranını əridib içəri keçməsini və mayalandırma qabiliyyətini artırır. Çiy keçibuynuzu meyvələrinin tərkibində prostat vəzin xoşxassəli böyüməsinə – adenomaya səbəb olan alfa-5-reduktaza fermentinin aktivliyini azaldan palmitin və stearin turşuları mövcuddur./atv.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar