Mnatsakanyan Lavrovla danışdı, təzyiqi qalxdı
25.05.2019 513 0.0 0

Keçən həftə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın səhhəti gözlənilmədən pisləşib və onun üçün təcili tibbi yardım çağırılıb.

Məlumata görə, bu məlumatı “168 Jam” qəzeti yayıb.

Məlumata görə, nazirliyə gələn həkimlər Mnatsakanyanda qəfil artan arterial təzyiq müşahidə ediblər.

Qəzetin mənbəsi Mnatsakanyanın təzyiqinin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ağır telefon danışığından sonra artdığını bildirib. Qəzet telefon danışığının detalları haqqında məlumat yaymayıb, ancaq bu danışığın Mnatsakanyan üçün arzuolunmaz olduğunu vurğulayıb./Axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar