MN: 8 gün ərzində düşmən 4 itki, 10 yaralı verib
12.01.2018 913 0
"Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb".
Qazeta.info bildirir ki, Azərbaycan Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır.
Nazirlik yalnız rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfinin 32 döyüş və 30 qeyri-döyüş itkisi verdiyini, o cümlədən ermənilərin 100-dək yaralısı olduğunu bildirib. Düşmənin rəsmi məlumatlarını qismən də olsa erməni KİV-ləri yalanlayıb. Belə ki, erməni KİV-lərində bu say 60 olaraq göstərilib.
Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. "Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb", - deyə nazirliyin açıqlamasında bildirilib.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər