Mixeil Saakaşvilinin istintaqa ifadə verəcəyi tarix məlum olub
19.12.2017 697 0.0 0

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilini dekabrın 22-də istintaqa çağırıb.

"Gazeta.ru"ya istinadən xəbər verilir ki, bu barədə qurumdaxili mənbələr məlumat yayıb.

"Saakaşvili dekabrın 22-də UTX-nin Kiyev İdarəsinə istintaq qarşısına çağırılır", - deyə mənbələrdən biri bildirib.

Bir müddət əvvəl bildirilirdi ki, M.Saakaşvili Ukrayna Prokurorluğuna ifadə verməkdən imtina edib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar