“Mitinqlərə əvvəlki maraq yoxdur”.
Qazeta.info bildirir ki, bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Deputatın sözlərinə görə, ölkəmizdə azad mətbuat var və hər kəs istədiyi məlumatı asanlıqla almaq imkanına sahibdir:
“10 milyon insanın içərisində 4-5 min nəfərin yığışıb öz etirazını bildirməsi heç nəyi dəyişə bilməz. Demokratik bir ölkədə yaşayırıq və hər kəsin sərbəst toplaşmaq azadlığı var. Nəzərə almaq lazımdır ki, artıq mitinqlərə də çox adam getmir. Əvvəllər insanlar mitinqlərdə yeni-yeni sözlər eşidirdilər, təzə fikirlər eşidirdilər. İndi isə ölkədə azad mətbuat var. Hamı özünə lazım olan məlumatları sosial şəbəkələrdən alır. Yeni bir fikir eşitməyəndən sonra heç kəs həmin mitinqlərə gedib vaxtını itirməz. Hazırda bütün siyasi liderlərin saytları, səhifələri var və insanlar heç bir yerə getmədən internetə daxil olmaqla həmin siyasətçilərin fikirlərini öyrənə bilərlər. Bir sözlə, indiki zamanda mitinqlərə qatılmaq ancaq vaxt itkisidir”.