Misirin paytaxtı köçürüləcək
24.09.2017 800 0.0 0

Misirin hazırda tikintisi davam edən yeni inzibati paytaxtı gələn ilin sonlarında dövlət idarələrini qəbul etməyə hazır olacaq.

 

“Al Ahram” qəzetinə istinadən verilən məlumata görə, bunu bu gün Misirin baş naziri Şərif İsmayıl bəyan edib.

 

Qeyd edək ki, əhalisi 20 milyon nəfərə çatan paytaxt Qahirədən 45 km şərqdə yerləşən Yeni Qahirənin tikintisi barədə iddialı plan 2015-ci ilin martında elan edilib. Süveyş kanalına qədər uzanan və dünyanın məşhur biznes-mərkəzləri ilə rəqabət aparacağı iddia olunan şəhərin tikintisinin 45 milyard dollara başa gələcəyi və 5 milyon insanın məskunlaşacağı proqnozlaşdırılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar