Misirdə prezident seçkiləri başa çatıb
29.03.2018 769 0
Misirdə keçirilən prezident seçkiləri başa çatıb.
TASS agentliyinə istinadən verilən xəbərə görə, Milli Seçki Komissiyası yerli vaxtla saat 22:00-da seçki məntəqələrinin bağlandığını bəyan edib.
Üç gün ərzində keçirilən seçkilərdə ölkənin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi və “Al Qad” partiyasının lideri Musa Mustafa Musa prezident postu uğrunda mübarizə aparır.
Milli Seçki Komissiyasının məlumatına görə, səslərin sayılması prosesi artıq başlayıb. Rəsmi nəticələr isə aprelin 2-də elan olunacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər