Misirdə Azərbaycan dilinin tədrisinə başlanılıb
13.07.2017 731 0.0 0

Misir Ərəb Respublikasında fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin nəzərdə tutulduğunu bildirən Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dərslərin həftədə 2 dəfə keçiriləcəyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms universitetlərinin məzunlarının iştirak edəcəyini qeyd edib.

S.Nəsirov 2016-2017-ci tədris ilindən etibarən Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldığını, bunun Misirin digər qabaqcıl ali təhsil müəssisələrində də təşkil ediləcəyini bildirib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar