Misir son 10 ildə 30 000 tarixi eksponatı ölkəyə qaytarıb
12.12.2021 521 0
Misir son 10 ildə ölkədən qanunsuz şəkildə çıxarılan 30 000-dək tarixi eksponatı geri qaytarmağa nail olub.
Məlumata görə, bunu “Al-Hayat” televiziyasına Turizm və Qədim Dövr nazirliyinin şöbə müdiri Şaban Abdel Qaudad bildirib.
Qaudadın sözlərinə görə, nazirliyin əməkdaşları bütün yerli və xarici hərracları yaxından izləyirlər. Buna görə də 2011-ci ildən indiyədək 29 300 eksponatı vətənə qaytarmaq mümkün olub. Təkcə bu il Vaşinqtondakı Bibliya muzeyində qədim Misir mədəniyyətinə aid 5300-dək məmulat aşkar edilib.
Qeyd edək ki, Misir son illərdə antik əşya qaçaqmalçılığına görə cəzaları sərtləşdirib. Ölkədən kənara çıxarılan nümunələr bir qayda olaraq qara arxeologiya nəticəsində əldə edilən əsərlərdir./APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər